Bakı klubu Qazaxıstanda uduzdu - FOTOLAR

Bakı klubu Qazaxıstanda uduzdu - FOTOLAR

Ümumdünya Boks Seriyasının (WSB) 10-cu turunda Azərbaycanın “Baku Fires” klubu Qazaxıstanın Çimkənd şəhərində “Astana Arlans” komandası ilə qarşılaşıb. Fanat.az xəbər verir ki, görüş yerli komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu görüşdə idmançıların fərdi reytinqi baxımından iki qarşılaşma komandamız üçün böyük önəm daşıyırdı. 60 kq çəki dərəcəsində Albert Səlimov rəqibini məğlub etsə də, təssüff ki, Pərviz Bağırov qələbə qazana bilməyib. Son döyüş heç bir əhəmiyyət kəsb etmədiyindən və Hacı Murtuzəliyev son anda heyətə daxil edildiyindən məşqçilər boksçumuzun sonadək mübarizə aparmasını məqsədə uyğun saymayıb.

“Baku Fires” növbəti görüşünü martın 28-də Polşada “Rafako Hussars Poland” klubuna qarşı keçirəcək.   

Astana Arlans - Baku Fires  

52 kq: Oljas Sattıbayev - Murad Rabadanov 3:0 (50:45, 50: 45, 50:45)   

60 kq: Zakir Safiulin - Albert Səlimov 0:3 (47: 48, 46:49, 47:48). 

69 kq: Kanaqat Maralov - Pərviz Bağırov 2:1 (46:49, 49:46, 48:47). 

81 kq: Hrvoje Sep - Mixail Dauqalivets 3:0 (50:44, 50:44, 50:44). 

+91 kq: Filip Hrqoviç - Hacı Murtuzəliyev TKO R1 2:30 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər