Bakı klubu 21 yaşlı futbolçu transfer edir - ÖZƏL

Bakı klubu 21 yaşlı futbolçu transfer edir - ÖZƏL

Mövsüm başa çatmasa da, AZAL transfer çalışmalarına start verib. Fanat.az Tərlan Əhmədovun transfer siyahısında olan futbolçulardan birinin kimliyini müəyyənləşdirib.

Əldə etdiyimiz məlumata görə, baş məşqçi "Bakı"dan Vüqar Bəybalayevi sərəncamında görmək istəyir. Hazırda tərəflər arasında danışıqlar prosesi gedir. 21 yaşlı yarımmüdafiəçinin yaхın günlərdə rəsmi müqaviləyə imza atacağı gözzənilir.

Qeyd edək ki, Vüqar Bəybalayev "Bakı"nın yetirməsidi. 2012/13 mövsümündə icarə əsasında "Turan Tovuz"da keçirən 21 yaşlı yarımmüdafiəçi bu mövsüm "Bakı"nın heyətində 29 rəsmi oyuna çıхıb və 2585 dəqiqə oynayıb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər