Bakı-2015: Ramazanova və Vəliyeva mübarizəni dayandırdı - YENİLƏNİB

Bakı-2015: Ramazanova və Vəliyeva mübarizəni dayandırdı - YENİLƏNİB
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında kamandan oxatma yarışlarında qadınların fərdi mübarizəsi davam etdirilir. Fanat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda 1/32 final mərhələsinin qarşılaşmaları keçirilir.
 
Azərbaycanı bu mərhələdə 3 idmançı təmsil edib. 3 gün əvvəl baş tutan reytinq mərhələsində çıxış edən Olqa Senyuk, Nurlana Vəliyeva və Yaylagül Ramazanova 1/16 finala adlamağa çalışıb. Lakin idmançılarımızdan yalnız biri bunu bacarıb. Digərləri üçün isə fərdi yarışlar başa çatıb.
 
Senyuk 1/32 finalda bunun öhdəsindən gəlib. O, rumıniyalı Simona Bançilaya qalib gəlməyi bacarıb. Olqa əlavə setdə qələbə qazanıb – 6:5 (2:0, 0:2, 1:1, 0:2, 2:0, 1:0).
 
Ramazanova gürcüstanlı Xatuna Narimanidze ilə bacarmayıb. O, oyunun gedişində irəlidə olsa da, yekunda 4:6 (0:2, 2:0, 2:0, 0:2, 2:0) hesabı ilə uduzub.
 
Vəliyeva rusiyalı Kristina Timofeyeva ilə görüşüb. Rəqibinə ciddi müqavimət göstərə bilməyən təmsilçimiz 0:6 (0:2, 0:2, 0:2) hesabı ilə uduzub.
 
Qeyd edək ki, qadınlardan ibarət yığmamız mübarizəni 1/8 finalda dayandırmışdı. Reytinq yarışlarında isə Senyuk 309 xalla 34-cü, Vəliyeva 300 xalla 60-cı, Ramazanova 295 xalla 61-ci yeri tutub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər