Bakı-2015: Gimnastımızdan möhtəşəm uğur: 1 "qızıl", 2 "gümüş", 2 "bürünc"

Bakı-2015: Gimnastımızdan möhtəşəm uğur: 1 "qızıl", 2 "gümüş", 2 "bürünc"
Bu gün "Bakı-2015" I Avropa Oyunlarının idman gimnastikası yarışlarına yekun vurulacaq. Fanat.az xəbər verir ki, komanda və fərdi çoxnövçülük yarışlarının ardından gimnastlar ayrı-ayrı hərəkətlərdə ən güclüləri müəyyənləşdirir.
 
Milli Gimnastika Arenasında ümumilikdə 10 dəst medal sahibini tapacaq. Qadınlar 4, kişilər 6 hərəkətdə çıxış edir. Hər yarışda 6 idmançı qüvvəsini sınayır.
 
Mükafatlar uğrunda Azərbaycan gimnastı Oleq Stepko da mübarizə aparıb. Komanda yarışlarında bürünc, fərdi çoxnövçülükdə gümüş medal qazanan təmsilçimiz bu gün daha 4 mükafat uğrunda yarışıb və 3 medal qazanıb.
 
Belə ki, Oleq 4 müxtəlif hərəkətdə - gimnastika atı, həlqələr, dayaqla tullanma, paralel qollarda da qüvvəsini sınayıb.
 
Gimnastika atında hərəkətlərdə sonuncu çıxış edən Stepko 14,600 xalla 2-ci olub. Bu gümüş medal Azərbaycan yığmasının Avropa Oyunlarında qazandığı 31-ci mükafatdı. Gimnastımzıla yanaşı, ilk “üçlük”də sloveniyalı Saso Bartonsel (14,966), böyük britaniyalı Brinn Bevan (14,200) yer alıb.
 
Həlqələrdə hərəkətlərdə 14.466 xal toplayan idmançımız 4-cü olub. Qızıl medalı Elefterios Petrounias (Yunanıstan), gümüş medalı Nikita İqnatyev (Rusiya), bürünc medalı isə İbrahim Çolak (Türkiyə) qazanıb.
 
Dayaqla tullanmada ilk çıxış edən Stepko olub. O, 14.966 xal toplayaraq bürünc medal qazanıb. Bu Oleqin Avropa Oyunlarında 4-cü, Azərbaycanın 32-ci medalıdı. Dayaqla tullanmada Oleq Verniayev (Ukrayna) qızıl, Kasimir Şmidt (Hollandiya) gümüş medala sahib çıxıb.
Oleq son olaraq paralel qollarda yarışıb və ilk qızıl medalını qazanıb. Gimnastımız 15.733 xalla bütün rəqiblərini qabaqlayıb. İkinci yeri David Belyavski (Rusiya), üçüncü yeri Marius Daniel Berbekar (Rumıniya) tutub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər