Bafetimbi Qomis sabiq klubu "Qalatasaray"a geri dönüb.
Fanat.Az "TRT Spor"a istinadən xəbər verir ki, keçid ilə bağlı İstanbul təmsilçisi ilə razılığa gələn fransız futbolçu artıq İstanbuldadır.
"Mən geri döndüm. İstədiyimiz yerdə deyilik. Amma ümid edirəm ki, gələn mövsüm çempion olacağıq”.
Qeyd edək ki, 2017/18-ci illər mövsümündə Bafetimbi Qomis "Qalatasaray"ın heyətində 34 oyuna 29 qol vurub.
Xatırladaq ki, 23 turdan sonra İstanbul klubu 27 xalla 15-ci pillədə qərarlaşıb.
Emin