“Azərreyl”lə “Murov”dan ilk oyunda qələbə

“Azərreyl”lə “Murov”dan ilk oyunda qələbə

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının yarımfinal mərhələsi start götürüb.

Fanat.Az xəbər veirr ki, bu gün yarımfinalın ilk oyunları çərçivəsində “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə UNEC-lə qarşılaşıb. 

Günə “Abşeron” - “Murov” matçı ilə start verilib. Görüş “Murov”un 29:27 hesablı qələbəsi ilə başlayıb. İkinci setdə 25:18 hesabı ilə “Abşeron” qalib gəlsə də, Vüqar Əliyevin komandası növbəti hissələri 25:19 və 25:18 hesabları ilə öz xeyrinə başa vuraraq matçın qalibi olub - 3:1. Beləliklə, “Murov” yarımfinalın ilk oyununda qələbə qazanıb. 

Voleybol Mərkəzində təşkil olunan yarımfinalın  digər matçında “Azərreyl"lə UNEC üz-üzə gəlib. Bu oyun əsas mərhələni lider kimi başa vuran "Azərreyl"in üstünlüyü ilə keçib. Setlərdə 25:7, 25:14 və 25:17 hesabları ilə qalib gələn Eldar Yusubovun yetirmələri quru hesablı qələbəni rəsmiləşdiriblər.

Yarımfinal mərhələsi iki qələbəyə kimi, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

“Abşeron” - “Murov” 1:3 (27:29, 25:18, 19:25, 18:25) “Azərreyl” - UNEC 3:0 (25:7, 25:14, 25:17)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər