"Azərreyl"in finaldakı rəqibi müəyyənləşdi

"Azərreyl"in finaldakı rəqibi müəyyənləşdi

Bu gün Bakı Voleybol Mərkəzində qadın komandalar arasında Azərbaycan çempionatının yarımfinal seriyasının üçüncü oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, “Abşeron” və “Murov” çempionatın ikinci finalçısını müəyyənləşdirib.

Seriyanın əvvəlki görüşlərində komandalar hərəyə bir qələbə qazandığından, üçüncü oyun həlledici olub. 3:0 hesabı ilə qalib gələn “Abşeron” adını finala yazdırıb.

Xatırladaq ki, daha əvvəl “Azərreyl” finala vəsiqə qazanıb.

Yarımfinal seriyasının üçüncü oyunu Abşeron - Murov 3:0 (25:16, 25:21, 25:21) (seriyanın hesabı 2:1)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər