Azərbaycanlı xanımla evlənən hücumçu Bakı klubundan gedir

Azərbaycanlı xanımla evlənən hücumçu Bakı klubundan gedir

"Keşlə"nin hücumçusu Anatole Abanq bu qış Bakı təmsilçisini tərk etməkdə qərarlıdır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı təmsilçisi ilə olan müqaviləsinin müddəti bu ayın sonunda başa çatacaq kamerunlu hücumçu azad agent statusu ilə digər təklifləri dəyərləndirməkdə maraqlıdır.

Yayda azərbaycanlı qadınla - Adelya Hacıyeva ilə evlənən afrikalı ilə bir müddət öncə "Neftçi" maraqlansa da, əcnəbi forvardın arzulanan oyunla diqqət çəkə bilməməsi "ağ-qaralar"ın fikrini dəyişməsi ilə nəticələnib. 

Hazırda Abanqa ABŞ-ın USL liqasını (səviyyəsinə görə 2-ci) və Finlandiyanın elitasını təmsil edən klublar maraqlanır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər