Azərbaycanlı idmançı Ukraynada 2-ci oldu

Azərbaycanlı idmançı Ukraynada 2-ci oldu
Azərbaycan millisinin üzvü Ruslan Həsənov Ukraynanın olimpiya çempionu Qriqori Krissin şərəfinə 23 yaşadək şpaqaçılar arasında keçirilən açıq turnirində çıxış edib.
Fanat.Az xəbər verir ki, qrup mərhələsindəki bütün görüşləri qalib başa vuran idmançı 1/32 finalda İlya Rusini (15:4), 1/16 finalda Valeri Buksarı (15:4) məğlub edib.
Növbəti mərhələdə Boqdan Kirdaya 15:11 hesabı ilə qalib gələn şpaqaçı 1/4 finalda Vitali Svistılı eyni hesabla yenib. Yarımfinalda Dmitro Mikitenko üzərində 15:11 hesablı qələbə qazanan Həsənov finalda Nikita Koşmana uduzub - 14:15.
O, 90-dan çox şpaqaçının qatıldığı turnirdə 2-ci olub.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər