Azərbaycanlı hakimə növbəti beynəlxalq təyinat

Azərbaycanlı hakimə növbəti beynəlxalq təyinat

Voleybol üzrə beynəlxalq dərəcəli hakimimiz Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb. 

Fanat.Az xəbər verir ki, ədalət təmsilçimiz Serbiya və Macarıstanda keçiriləcək qızlar arasında U-17 Avropa çempionatının final mərhələsində oyunları idarə edəcək hakimlərdan biri olacaq.

11-23 iyul tarixlərində baş tutacaq qitə birinciliyində 16 komanda mübarizə aparacaq. I qrupun oyunları Serbiyanın Vrnjaçka Banja şəhərində, II qrupun oyunları isə Macarıstanın Bekescsaba şəhərində keçiriləcək. CEV-in təyinatına əsasən həmyerlimiz Zaur Hacıyev II qrupun oyunlarına təyinat alıb. Bu qrupda meydan sahibləri ilə yanaşı, Belçika, Fransa, Almaniya, Yunanıstan, Rumıniya, Sloveniya və Türkiyə yer alıb. I qrupda isə Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, İtaliya, Polşa, Serbiya və Niderland yarışacaq.

Birincilikdə yarımfinallar iyulun 22-də baş tutacaq. Çempionun adı isə iyulun 23-də bəlli olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər