Azərbaycanlı hakim xüsusi mükafata layiq görüldü

Azərbaycanlı hakim xüsusi mükafata layiq görüldü

Azərbaycanın stolüstü tennis üzrə beynəlxalq dərəcəli hakimi Zaur Mikayılov xüsusi mükafata layiq görülüb.

Fanat.Az xəbər verir ki, ona Qazaxıstanın Türkistan şəhərində keçirilən Türkdilli xalqların 2-ci Universiadasında “Ən yaxşı hakimliyə görə” kuboku təqdim olunub.

Qeyd edək ki, 2010-cu ildə beynəlxalq dərəcəli hakim adını alan Zaur Mikayılov Avropa çempionatı, İslam Həmrəyliyi Oyunları, Avropa “Top-16” kuboku kimi yarışlarda ədaləti qoruyub.

Təcrübəli referi həmçinin Avropa Çempionlar Liqasının final görüşünün də baş hakimi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər