Azərbaycanlı hakim Türkiyə millisinin oyununu idarə edəcək

Azərbaycanlı hakim Türkiyə millisinin oyununu idarə edəcək

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyasından növbəti dəfə təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, kişi voleybolçular arasında "Qızıl Avropa Liqası"nda A qrupunda yer alan Türkiyə və Rumıniya yığmalarının qarşılaşmasını idarə edəcək.

Oyun iyunun 4-də Konya şəhərində keçiriləcək. Görüşdə ikinci hakim funksiyasını türkiyəli Burhan İlhan yerinə yetirəcək.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər