Azərbaycanlı hakim Avropa Liqasının oyununda

Azərbaycanlı hakim Avropa Liqasının oyununda
Azərbaycanlı hakim Rauf Cabbarov UEFA-dan təyinat alıb.
 
Fanat.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 
 
FIFA referisi Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Ordabası" (Qazaxıstan) - "Botoşani" (Rumıniya) matçını idarə edəcək.
Cabbarovun köməkçiləri Namik Hüseynov və Elşad Abdullayev olacaq. 4-cü hakimi funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Qeyd edək ki, görüş avqustun 27-də keçiriləcək.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər