Azərbaycanlı futbolçunun komandası aşağı dəstəyə düşdü

Azərbaycanlı futbolçunun komandası aşağı dəstəyə düşdü
Bosniya və Herseqovina çempionatı vaxtından əvvəl başa çatdırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Qərar qurumun İcraiyyə Komitəsinin videokonfransında qəbul edilib.
22 turdan sonra 45 xala malik "Sarayevo" çempion olub. İkinci yeri isə 42 xalla "Jelezniçar" tutub. Azərbaycanlı futbolçu Elvin Yunuszadənin çıxış etdiyi "Çelik" 17 xalla 11-ci olduğu üçün aşağıdakı dəstəyə düşüb. 8 xalla sonuncu - 12-ci yerdə olan "Zviezda" da eyni aqibətlə üzləşib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər