Azərbaycanlı futbolçuların Ukraynadakı duelində Emil sevindi

Azərbaycanlı futbolçuların Ukraynadakı duelində Emil sevindi

Ukrayna çempionatında 6-cı turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Emil Mustafayevin komandaları bu dəfə bir-biri ilə qarşılaşıb.

Belə ki, Mustafayevli “Polesye” Nağıyevin komandası “Aleksandriya”nı qəbul edib və 2:0 hesablı qələbəyə sevinib. Emil bu oyunun 63-cü, Dmitri 77-ci dəqiqəsində meydana buraxılıb.

“Polesye” hazırda 12 xalla 16 iştirakçı arasında 2-ci, “Obolon” isə 5 xalla 12-cidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər