Azərbaycanlı futbolçu rəsmən Türkiyə klubunda

Azərbaycanlı futbolçu rəsmən Türkiyə klubunda

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli karyerasını Türkiyədə davam etdirəcək.

Fanat.Az xəbər verir ki, o, Albaniya "Eqnatiya"sından "Boluspor"a keçib.

Bu barədə Türkiyə 1-ci liqa təmsilçisinin saytı məlumat yayıb. 28 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.

"Boluspor" 1-ci liqada 17 turdan 22 xalla 10-cu pillədə qərarlaşıb.

İsgəndərli 2023-cü ilin iyulundan "Eqnatiya"da oynayırdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər