Azərbaycanlı futbolçu İspaniya klubuna keçdi

Azərbaycanlı futbolçu İspaniya klubuna keçdi

Azərbaycanlı futbolçu Bəhruz Qurbanlı karyerasını İspaniyanın "Union Deportivo Montijo" komandasında davam etdirəcək.

Fanat.Az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. 

"Neftçi"nin yetirməsi və U-19 komandasının üzvü olmuş 18 yaşlı hücumçu ilə uzunmüddətli müqavilə imzalanıb.

"Union Deportivo Montijo" Sequnda divizionunun (statusuna görə İspaniyada 4-cü liqa) 5-ci qrupunda yarışır. Hazırda "Union Deportivo Montijo" 18 komanda arasında 17-ci yeri tutur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər