Azərbaycanlı futbolçu Estoniyada kubok qazana bilmədi

Azərbaycanlı futbolçu Estoniyada kubok qazana bilmədi
Estoniya Kubokunun final matçı baş tutub.
Fanat.Az xəbər verir ki, Nurlan Novruzovun çıxış etdiyi "Narva Trans" həlledici matçda "Flora" ilə üz-üzə gəlib. Tallindəki "A. Le Kok Arena"da təşkil olunmuş qarşılaşma "Flora"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Nurlan Novruzov isə meydana 70-ci dəqiqədə daxil olub və 86-cı dəqiqədə sarı vərəqə alıb.  "Narva Trans"ın yeganə qoluna vaxtilə "Xəzər Lənkəran", AZAL və "Zirə"də çıxış etmiş Sadio Tounkara vurub. 
Qeyd edək ki, "Flora" tarixində 8-ci dəfə Estoniya Kubokuna sahib olub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər