Azərbaycanlı FİFA hakimi karyerasını bitirdi

Azərbaycanlı FİFA hakimi karyerasını bitirdi
Azərbaycanlı hakim Mübariz Haşımov karyerasını bitirib.
 
Fanat.Az xəbər verir ki, bu haqda onun qardaşı sabiq referi Ceyhun Haşımov şəxsi "Facebook" səhifəsində məlumat verib.
 
Ceyhun bəy açıqlamasında bunları qeyd edib: "Mübariz, çox sağ ol hər şeyə görə. İki gün öncə qardaşım Mübariz barədə status yazdım. Nə biləydim ki, mən öz evimdə onun barəsində yazı yazanda, o, öz evində çox vacib qərar barədə düşünür? 15 ildi hakimlik edən, bunun 11 ilini FİFA emblemi daşımış hakim kimi karyerasına son qoydu Mübariz. Dünən gec saatlarda mənə zəng vurub halallıq aldı. Sən demə, ən axırıncı mən xəbər tutmuşam bu barədə. Artıq qərar verilib... Mənə bunu eşitmək çox ağır oldu, çox. Hələ 5 il hakimlik edə bilərdi. Hal-hazırda ən yaşlı hakim idi... Fiziki, nəzəri hazırlığı yüksək səviyyədə olan hakim. 
Mübariz, sən bu yolu şərəflə getdin, insanların hörmətini sevgisini qazandın. Neçə-neçə hakim hazırladın. Öz üzərində daima çalışdın. Getməyinlə bir gənc hakimə FİFA emblemi almaq şansı yarandı, halaldı sənə. Rəhbərlik qərarını qəbul etməsə də, fikrəşməyini istəsə də, sən son sözünü dedin. Mənim kimi çox insanlara bu qərarın pis təsir edəcək, çünki, sən gənc hakimlərə çox lazım idin. Bilmirəm, niyə bu qərara gəldin, amma sənə ən xoş arzularımı çatdırıram.
 
İnanıram ki, həmişə olduğu kimi, başın dik, mərd Mübariz qalacaqsan".
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər