Azərbaycanın yığmasının Avropa çempionatı üçün heyəti bəlli oldu

Azərbaycanın yığmasının Avropa çempionatı üçün heyəti bəlli oldu

Voleybol üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

Fanat.Az xəbər verir ki, baş məşqçi Ataman Güneyligil "15-liy"i müəyyənləşdirib.

Ülkər Kərimova və Şəfaqət Alışanova əvvəlki heyətdən çıxarılıb.

Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova,

Blokçular: Ayşən Abduləzimova (k), Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko.

Oyunqurucuları: Kristina Besman, Yana Doroşenko,

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva.

Baş məşqçi: Ataman Güneyligil

Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq. Komanda ilk qarşılaşmasını avqustun 18-də Çexiyaya qarşı keçirəcək. Sentyabrın 3-də başa çatacaq Avropa çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər