Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib

Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində ilk oyununu keçirib.

Fanat.Az xəbər verir ki, B liqasının 2-ci qrupunda mübarizə aparan komanda Bolqarıstanla üz-üzə gəlib.

Plovdiv şəhərindəki "Xristo Botev" stadionunda baş tutan görüş heç-heçə bitib - 1:1.

Azərbaycan millisinin heyətində Əli Bəşirov 39-cu dəqiqədə penaltidən fərqlənib.

Qeyd edək ki, U-17 qrupdakı digər oyunlarını martın 27-də Litva, 30-da isə Malta seçmələrinə qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər