Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstana yollanacaqlar

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstana yollanacaqlar

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda beynəlxalq təlim-məşq toplanışı keçəcəklər.

Fanat.Az xəbər verir ki, yığma üzvləri bu məqsədlə Astana şəhərinə yola düşüblər.

Hilal Həsənov, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Hüseyn Eylazov, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Ləman Abdulhəmidova və Arzu Aslanova baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə fevralın 3-dən 11-dək Qazaxıstan millisi ilə birgə hazırlıq prosesində olacaq.

Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər