Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi Çinin Şanxay şəhərində təlim-məşq toplanışında iştirak edəcək.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, komanda iyulun 4-də start götürəcək hazırlıq prosesi üçün sözügedən ölkəyə yollanıb.

Avqustun 15-də başa çatacaq toplanışa məşqçi İsmayıl Mirzəyevin rəhbərliyi ilə Tunar Bağırov, Xədicə Eylazova, Yağmur Məmmədli, və Onur Quluzadə qatılacaq.

Qeyd edək ki, yığma avqustun ikinci yarısında Fransanın Strasburq şəhərindəki Avropa çempionatında da mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər