Azərbaycanın kişi boksçulardan ibarət millisi Qazaxıstana yollandı

Azərbaycanın kişi boksçulardan ibarət millisi Qazaxıstana yollandı

Azərbaycanın kişi boksçulardan ibarət millisi Qazaxıstana yollanıb.

Fanat.Az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Ravşan Xocayevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışını Çimkənddə davam etdirəcək.

13 boksçunun cəlb olunduğu hazırlıq iyunun 12-də başa çatacaq. Toplanışda əsasən texniki-taktiki məşqlərə üstünlük veriləcək. Hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.

Qeyd edək ki, məşqlər Çində keçiriləcək Dünya Kubokuna hazırlıq xarakteri daşıyır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər