Azərbaycanın iki paracüdoçusu Qran-Pridə medal qazandı

Azərbaycanın iki paracüdoçusu Qran-Pridə medal qazandı

Azərbaycanın iki paracüdoçusu Yaponiyanın paytaxtı Tokioda keçirilən Qran-Pridə medal qazanıb.

Fanat.Az xəbər verir ki, İlham Zəkiyev (+90 kq) və Xanım Hüseynova (70 kq) gümüş mükafata yiyələniblər.

İ.Zəkiyev J1 kateqoriyasında, X.Hüseynova isə J2 kateqoriyasında final görüşündə rəqiblərinə məğlub olublar.

Qeyd edək ki, ötən gün Vüqar Şirinli (60 kq) və Şəhanə Hacıyeva (48 kq) ikinci, Namiq Abaslı (73 kq) isə üçüncü yeri tutublar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər