Azərbaycanın gənc güləşçiləri üçün Antalya sınağı

Azərbaycanın gənc güləşçiləri üçün Antalya sınağı

Bu gün Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında "Çempionlar" turniri başlayacaq.

Fanat.Az xəbər verir ki, üç gün davam edəcək yarışda ölkəmizi sərbəst və qadın güləşi üzrə U-20 milli komandalarımız təmsil edəcək.

Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında 10 sərbəst güləşçimiz ənənəvi turnirdə çıxış edəcək:

57 kq. Elman Ağayev 61 kq. Ruslan Abdullayev 65 kq. Musa Ağayev 70 kq. Ramik Heybətov 74 kq. Əhməd Əhmədli 79 kq. Emin Qocayev 86 kq. Sadiq Mustafazadə 92 kq. Anar Cəfərli 97 kq. Rəvan Musayev 125 kq. Yusif Dursunov

Böyük məşqçi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 6 qadın güləşçimiz yarışda çıxış edəcək:

50 kq. Aysel Məmmədzadə, Elvina Kərimzadə 53 kq. Əsmər Cankurtaran 55 kq. Nərgiz Səmədova 57 kq. Gülər Həbibova 62 kq. Ruzanna Məmmədova 68 kq. Fatimə İsayeva

“Çempionlar” turnirində beynəlxalq dərəcəli hakim Sevinc Yusibova ədaləti qoruyacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər