Azərbaycanın dörd karateçisi mübarizəni dayandırdı

Azərbaycanın dörd karateçisi mübarizəni dayandırdı

Misirin paytaxtı Qahirədə keçirilən karate üzrə Premyer Liqa mərhələsi davam edir.

Fanat.Az xəbər verir ki, artıq Azərbaycanın dörd idmançısı çıxışlarını başa vurub.

Əminağa Quliyev (60 kq), Nuran Rzazadə (66 kq), Fərid Ağayev (75 kq) və Mədinə Sadıqova (55 kq) qrup mərhələsini adlaya bilməyiblər.

Üçqat dünya çempionu İrina Zaretska (68 kq) və Turqut Həsənov (84 kq) bu gün mübarizəyə qoşulacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər