Azərbaycanın daha iki güləşçisi Avropa çempionatının finalına yüksəldi

Azərbaycanın daha iki güləşçisi Avropa çempionatının finalına yüksəldi

Azərbaycanın daha iki yunan-Roma güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

Fanat.Az xəbər verir ki, Nihad Quluzadə (60 kq) və Qurban Qurbanov (82 kq) bu raundda iştirak hüququ qazanıblar.

Ruslan Nurullayev (72 kq) yarımfinalda məğlub olub və bürünc medal uğrunda mübarizə aparacaq. Fərahim Mustafayev (67 kq) 1/4 finalda, Murad Əhmədiyev (97 kq) təsnifat mərhələsində uduzub.

Bu gün həmçinin Laçın Vəliyev (87 kq) və Rəşad Məmmədov (55 kq) bürünc medal uğrunda görüşdə, Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) isə finalda yarışacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər