Azərbaycanın daha bir millisi EEVZA-nın çempionatına qatılacaq

Azərbaycanın daha bir millisi EEVZA-nın çempionatına qatılacaq

Voleybol üzrə oğlanlardan ibarət Azərbaycanın U-18 yığması Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Fanat.Az xəbər verir ki, dekabrın 5-9-u aralığında Gürcüstanda təşkil olunacaq yarışda Gürcüstan, Ukrayna, Estoniya, Polşa, Litva və Latviya milliləri də mübarizə aparacaqlar.

Turnir həm də AÇ-2024-ə seçmə xarakteri daşıyır. Yarışın reqlamentinə əsasən, birinci olan komanda Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edəcək.

Xatırladaq ki, Azərbaycanın 18 yaşadək voleybolçu qızları da EEVZA-nın çempionatına qatılacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər