Azərbaycanın badminton yığması ilk oyunda uduzdu

Azərbaycanın badminton yığması ilk oyunda uduzdu

Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatının ilk oyununda uduzub.

Fanat.Az xəbər verir ki, Morteza Validarvinin çalışdırdığı kollektiv I qrupda İngiltərə ilə qarşılaşıb.

Görüş britaniyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi fevralın 13-də İspaniya, 14-də isə Danimarka ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər