Avstraliyanın Pert şəhərində 10-11 noyabrda cüdo üzrə Açıq Okeaniya turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, turnirdə 64 ölkədən 299 idmançı iştirak edəcək.
Azərbaycan yarışda qadınlar və kişilər arasında 5 çəki dərəsində 8 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçularımıza böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.
Qadınlar
-52 kq. Gültac Məmmədəliyeva Aydan Vəliyeva -57 kq. Fidan Əlizadə
Kişilər
-66 kq. Kamran Süleymanov -73 kq. Rəşid Məmmədəliyev Nurlan Osmanov -90 kq. Murad Fətiyev Elcan Hacıyev