Qazaxıstanın Aktau şəhərində 7-8 oktyabrda cüdo üzrə Açıq Asiya turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, turnirdə 10 ölkədən 244 idmançı iştirak edəcək.
Azərbaycan yarışda 7 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçularımıza böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mehman Əzizov və Slavko Tekiç, böyük performans analitik Zaur Babayev rəhbərlik edəcək.
-60 kq. Nurlan Kərimli Babarahim Mirzəyev
-66 kq. Qasım Vəlizadə Rəşad Yelkiyev
-73 kq. Nəriman Mirzəyev Rüfət Şövlətov
-81 kq. Məmmədrza Hacızadə Məhərrəm İmamverdiyev
-90 kq. İbrahim Ağakişiyev Əjdər Bağırov Musa Hüseynli
-100 kq. Ruslan Nəsirli
+100 kq. Camal Feyziyev İmran Yusifov