Azərbaycandan ayrılan ulduz futbolçunun sərvəti açıqlandı - 32 milyon dollar...

Azərbaycandan ayrılan ulduz futbolçunun sərvəti açıqlandı - 32 milyon dollar...
Afrikanın ən zəngin futbolçularının siyahısında dəyişiklik olub.
"Report" "Pulse.com.gh" nəşrinə istinadən xəbər verir ki, 2019/20 mövsümünün sonunda "Səbail"dən ayrılan Maykl Essyen 1 pillə irəliləməyi bacarıb.
32 milyon ABŞ dolları dəyərində sərvəti olan qanalı yarımmüdafiəçi həmyerlisi Asamoa Qyanı geridə qoyaraq 9-cu sıraya yüksəlib.
İlk 2 pillədə isə Samuel Eto və Didye Droqba qərarlaşıb.
Qeyd edək ki, 2019-cu ilin martından cari mövsümün sonunadək "Səbail"in formasını geyinmiş Maykl Essyen sərvətinin böyük hissəsini İngiltərənin "Çelsi" komandasında çıxış edərkən toplayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər