Azərbaycanda stadion 4 milyona satışa çıxarıldı - FOTO

Azərbaycanda stadion 4 milyona satışa çıxarıldı - FOTO
Azərbaycanda daha bir futbol qurğusunun başının üzərini «qara buludlar» alıb.
Fanat.az Sportinfo-ya istinadən xəbər verir ki, Şəmkir stadionu satışa çıxarılıb.
4 hektar ərazisi olan arenaya 4 milyon manat qiymət qoyulub.
Şəmkir stadionu 20 il öncə tikilib. 2004-cü ildə UEFA Kubokunun oyununa ev sahibliyi edib. Eyniadlı komanda yarışın təsnifat mərhələsinin ilk raundunda «Tbilisi» ilə qarşılaşıb və 1:5 hesabıyla uduzub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər