Azərbaycanda faciə: Ana oğlunun doğum günündə koronavirusdan ölməsinə dözmədi

Azərbaycanda faciə: Ana oğlunun doğum günündə koronavirusdan ölməsinə dözmədi
Azərbaycanda 37 yaşlı boksçu ad günündə koronavirusdan vəfat edib.
Fanat.Az xəbə verir ki, 1983-cü il təvəllüdlü Ramin Qurbanov 10 gün öncə koronavirusa yoluxduğu aşkarlandığı üçün xəstəxanaya yerləşdirilib. İyunun 22-də doğum günü olub, dostları ona təbriklər yazıb, o da təbriklərlə bağlı paylaşım edib. Həmin gün axşam saatlarında koronavirusdan vəfat edib.
R. Qurbanov satış sahəsində fəaliyyət göstərsə də, peşəkar boksla məşğul olub, daim sağlam həyat tərzi keçirib.
Onun vəfatından bir gün sonra, iyunun 23-də anası Nazilə Qurbanova oğlunun ölümünə dözməyərək ürək tutmasından vəfat edib. Yaxınları onun talassemiya daşıyıcısı olduğunu bildirib. R. Qurbanovun 1 azyaşlı qızı var. Qızının isə talassemiya xəstəsi olduğu bildirilir.
Allah rəhmət etsin.
Fanat.Az
 
Azərbaycanda faciə: Ana oğlunun doğum günündə koronavirusdan ölməsinə dözmədi
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər