Azərbaycanda bir komandada ən çox qol vuran futbolçu kimdi?

Azərbaycanda bir komandada ən çox qol vuran futbolçu kimdi?
Azərbaycan çempionatları tarixində eyni komandada ən çox qol vuran oyunçu müəyyənləşib.
Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu "Qarabağ"ın sabiq futbolçusu Müşfiq Hüseynovdur.
O, Ağdam təmsilçisinin heyətində 109 dəfə fərqlənib. "Neftçi”də 99 top vuran Samir Ələkbərovu "100”dən bir qol ayırır. İlk "üçlüy”ü ölkə çempionatlarının ən yaxşı bombardiri Nazim Əliyevlə Alay Bəhramov qapayır. Onlar müvafiq olaraq Sumqayıt "Xəzər”i və "Viləş”də 93 dəfə fərqlənib. İlk "onluq”da "Neftçi” və "Kəpəz” daha çox - hərəyə üç futbolçu ilə təmsil olunub.
 
Azərbaycanda bir komandada ən çox qol vuran futbolçu kimdi?  
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər