Azərbaycan yığmasının seçmə mərhələ oyunlarının təqvimi bilindi

Azərbaycan yığmasının seçmə mərhələ oyunlarının təqvimi bilindi

Gürcüstanın Telavi şəhərində 18 yaşadək voleybolçu oğlanlar arasında keçiriləcək Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatındakı oyunların təqvimi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, yarış 2024-cü il Avropa çempionatına seçmə xarakteri daşıyır.

Qrupda birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinə vəsiqə qazanacaq.

Azərbaycanın U-18 yığmasının oyunlarının təqvimi belədir:

5 dekabr 15:00. Polşa - Azərbaycan

6 dekabr 15:00. Azərbaycan – Ukrayna

7 dekabr 12:00 Latviya - Azərbaycan

8 dekabr 12:00. Azərbaycan - Estoniya

9 dekabr 18:00. Gürcüstan – Azərbaycan

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər