Azərbaycan yığmasından Belarus üzərində qələbə

Azərbaycan yığmasından Belarus üzərində qələbə

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Bakıda davam etdirir.

Fanat.Az xəbər verir ki, komandamız təlim-məşq toplanışı çərçivəsində paytaxtda Belarus yığması ilə yoxlama oyunları keçirir. 

Bu gün ilk yoxlama matçı baş tutub və komandamız 3:0 hesabı ilə qələbə qazanıb. Görüşdən sonra keçirilən əlavə set də voleybolçularımızın üstünlüyü ilə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasında daha iki yoxlama oyunu keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər