Azərbaycan yığmasından Avropa çempionatına uğurlu start

Azərbaycan yığmasından Avropa çempionatına uğurlu start

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb.

Fanat.Az xəbər verir ki, C qrupunda yer alan yığma Almaniyanın Düsseldorf şəhərində reallaşan görüşdə Çexiyanı asanlıqla məğlubiyyətə uğradıb.

Ataman Güneyligilin yetirmələri hər üç setdə rəqibi üstələyiblər - 3:0 (25:21, 25:10, 25:15).

Qrupun digər qarşılaşmasında Türkiyə komandası İsveçi eyni hesabla məğlub edib.

Azərbaycan millisi qrupda ikinci oyununu avqustun 19-da meydan sahibi Almaniyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər