Azərbaycan yığması meydan sahibinə qarşı

Azərbaycan yığması meydan sahibinə qarşı

Bu gün 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində növbəti oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, VII qrupda yer alan təmsilçimiz meydan sahibi Xorvatiya ilə üz-üzə gələcək.

Omiş şəhərindəki Ribnyak İdman Sarayında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, U-19 ötən gün Bosniya və Herseqovinaya 2:10 hesabı ilə uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər