Azərbaycan yığması dünya ikincisi oldu

Azərbaycan yığması dünya ikincisi oldu

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya çempionatında komandalararası yarışda gümüş medal qazanıb.

Fanat.Az xəbər verir ki, yığmamız finalda Fransa seçməsi ilə qarşılaşıb.

Əvvəlki mərhələlərdə Yunanıstan, Qazaxıstan və Türkiyəyə qalib gəlmiş cüdoçularımız həlledici görüşdə 1:4 hesabıyla uduzub.

Türkiyə və Yaponiya yığmaları bürünc medala sahib olublar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər