Azərbaycan yığması 3-cü oyunda da uduzdu

Azərbaycan yığması 3-cü oyunda da uduzdu

Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatındakı sonuncu oyununda da uduzub.

Fanat.Az xəbər verir ki, Morteza Validarvinin baş məşqçisi olduğu kollektiv I qrupda Danimarka ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Hazırda hesab Danimarka komandasının xeyrinədir - 3:1. Sonuncu set nəticəyə təsir etməyəcək.

Qeyd edək ki, yığma daha əvvəl İspaniya və İngiltərəyə 2:3 hesabı ilə uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər