Azərbaycan təmsilçisinin UEFA turnirindəki rəqibləri bəlli oldu

Azərbaycan təmsilçisinin UEFA turnirindəki rəqibləri bəlli oldu

UEFA Regionlar Kubokunda 2024/2025 mövsümünün püşkü atılıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan komandasının ilkin mərhələdəki rəqibləri bəlli olub.

Təmsilçimiz B qrupunda Gürcüstan və İsveç kollektivləri ilə üz-üzə gələcək. Bu mərhələnin oyunları gələn ilin iyulun 31-dək keçiriləcək. Qrup qalibi əsas mərhələdə İrlandiya, İsveçrə və Şimali İrlandiya komandalarına rəqib olacaq.

Azərbaycanı bu yarışda 2023/2024 mövsümündə Region Liqasının qalibi olacaq komanda təmsil edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər