Azərbaycan təmsilçisinin “Panathinaikos”la oyunlarının başlama saatı bəlli oldu

Azərbaycan təmsilçisinin “Panathinaikos”la oyunlarının başlama saatı bəlli oldu

“Xarı Bülbül” klubu “Çelenc kuboku”nda mübarizəni davam etdirir.

Fanat.Az xəbər verir ki, ilk turda Slovakiyanın “Spartak” (Miyava) klubunu üstələyərək 1/16 finala yüksələn Şuşa təmsilçisi bu mərhələdə Yunanıstanın “Panathinaikos” komandası ilə qarşılaşacaq.

Cütün ilk matçı noyabrın 21-də Bakıda GİN-nin Voleybol Mərkəzində keçiriləcək. Görüş saat 19:00-da start götürəcək.

Komandalar arasında ikinci oyun isə noyabrın 29-da olacaq. “Xarı Bülbül Şuşa” səfərdəki cavab matçına Bakı vaxtı ilə saat 20:00-də çıxacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər