Azərbaycan təmsilçisi Çelenc Kuboku ilə vidalaşdı

Azərbaycan təmsilçisi Çelenc Kuboku ilə vidalaşdı

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çelenc Kubokunda növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Cengiz Akarçeşmənin baş məşqçisi olduğu kollektiv 1/16 final mərhələsinin cavab matçında İspaniyada “Avarka de Menorka”nın qonağı olub.

Qarşılaşma rəqibin 3:0 (25:20, 25:23, 25:17) hesablı qələbəsi ilə bitib.

Noyabrın 9-da Bakıda gerçəkləşən ilk görüşdə Azərbaycan təmsilçisi 3:1 (23:25, 25:15, 25:19, 25:23) hesablı qələbə qazansa da, mübarizəni dayandırmalı olub.

“Azərreyl” əvvəlki raundda Ukrayna “Balta”sını mübarizədən kənarlaşdırmışdı.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər