Azərbaycan təmsilçisi avrokubokda növbəti mərhələyə yüksəldi

Azərbaycan təmsilçisi avrokubokda növbəti mərhələyə yüksəldi

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” (Şuşa) Çelenc kubokunda 1/16 final mərhələsinə vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, Şuşa təmsilçisinin 1/32 finalda rəqibi Slovakiyanın “Spartak” (Miyava) klubu olub.

Bu gün komandalar arasında cavab oyunu keçirilib. Dünən 3:0 hesabı ilə qələbə qazanan debutant bu dəfə də rəqibini məğlub edib. Bu qələbələrlə təmsilçimiz 1/16 finala yüksəlib.

Növbəti mərhələdə “Xarı Bülbül” (Şuşa) Yunanıstanın “Panathinaikos” klubu ilə üz-üzə gələcək. Komandalar arasında ilk qarşılaşma noyabrın 29-da Yunanıstanda baş tutacaq. Cavab oyununun keçirilmə vaxtı ilə bağlı məlumat veriləcək.

Çelenc kuboku 1/32 final 26 oktyabr

“TJ Spartak” - “Xarı Bülbül” 1:3 (22:25, 25:22, 21:25, 21:25)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər