Azərbaycan – Slovakiya matçı litvalıya tapşırıldı

Azərbaycan – Slovakiya matçı litvalıya tapşırıldı

Azərbaycan millisinin UEFA Millətlər Liqasının 3-cü turunda Slovakiya ilə oyununa hakim təyinatları açıqlanıb. 

Fanat.Az xəbər verir ki, yığmanın ilk ev oyununu Litvadan olan hakimlər briqadası idarə edəcək. 

Baş hakim Donatas Rumşas olacaq. Ona laysmanlar Aleksandr Radius və Dovidas Sujidelis kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Robertas Valikonis yerinə yetirəcək.

Azərbaycan – Slovakiya matçı iyunun 10-u, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər