Azərbaycan Sambo Federasiyasına yeni vitse-prezident təyin edilib

Azərbaycan Sambo Federasiyasına yeni vitse-prezident təyin edilib
Azərbaycan Sambo Federasiyasına yeni vitse-prezident təyin edilib. Bu barədə Fanat.Az-a federasiyadan məlumat verilib. 
Məlumata görə, federasiyaya təyin olunan yeni vitse-prezident iş adamı Cavid Səbzəliyevdir. C. Səbzəliyev bu vəzifəyə 5 il müddətinə təyin olunub. 
Qeyd edək ki, C. Səbzəliyev Azərbaycanın ilk kimya sənayesi müəssisəsi olan "Sobsan"ın və eyni zamanda Qafqazın ilk mühərrik yağları istehsalçısı "Technol"un həmtəsisçisidir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər