Azərbaycan Premyer Liqasına qoyulmuş qadağa götürülmədi

Azərbaycan Premyer Liqasına qoyulmuş qadağa götürülmədi
Azərbaycanda xüsusi karantin rejimi müddətində idman sahəsində tətbiq olunmuş məhdudiyyətlər qüvvədə qalıb.
Bu barədə Fanat.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, idman zallarının fəaliyyətinin, bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin, idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla) qərarı dəyişdirilməyib.
Bu isə o deməkdir ki, Azərbaycanda idman yarışları, o cümlədən futbol matçları yaxın vaxtlarda bərpa olunmayacaq. 
Azərbaycan Premyer Liqası martın 13-də dayandırılıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər