Azərbaycan Premyer Liqası bərpa olunur

Azərbaycan Premyer Liqası bərpa olunur
Azərbaycan Premyer Liqasında bu mövsümün bərpasına qərar verilib.
Qol.az əldə etdiyi xəbərə görə, 2019/20 mövsümünün mayın sonu, ən geci iyunun əvvəli bərpası nəzərdə tutulub.
Rəsmi qərarın bu gün Klublar Komitəsinin videokonfrans formatında iclasından sonra  açıqlanacağı gözlənilir. Saat 12.00-da başlayan iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edir.
Premyer Liqa təmsilçilərinin isə sabahdan yenidən məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, Premyer Liqanın matçları koronavirus səbəbindən təxirə salınıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər